Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Şagirdini ölümdən öz həyatı bahasına qurtaran müəllimə ev tikildi

Şagirdini ölümdən öz həyatı bahasına qurtaran müəllimə ev tikildi

Şagirdini çayda batmaqdan xilas edərkən özü həlak olan müəllim Əhliman Hüseynovun ailəsi üçün Təhsil Nazirliyinin təşəbbüsü ilə ev tikilib.

Virtualaz.org saytı xəbər verir ki, 100  kvadratmetrlik evdə hər cür şərait yaradılıb.

Qeyd edək ki, hadisə ötən il dekabrın 5-də baş vermişdi. Sabirabadın Cavad kəndində yaşamış Əhliman Hüseynov öz şəxsi avtomobili ilə işə gedərkən idarəetməni itirmiş və Kür çayı üstündəki körpüdən maşınqarışıq çaya düşmüşdü.  Maşında onun qonşusu – hər gün məktəbə aparıb-gətirdiyi 9 yaşlı Güldəstə Hüseynova da olub. Qızcığaz Ə.Hüseynovun və Dəyanət Şıxəliyev adlı gəncin səyləri ilə xilas edilsə də müəllim suda boğulub ölmüşdü.

Müəllimin ilk dəfə virtualaz.org saytı tərəfindən ictimailəşdirilən bu fədakarlığı Təhsil Nazirliyinin də diqqətindən kənarda qalmamışdı. Təhsil naziri Mikayıl Cabbarov da bu ilin mayında “Son zəng” günü qəhrəman müəllimin çalışdığı Sabirabad rayonu 5 saylı orta məktəbdə olmuşdu.

Nazir mərhum Əhliman Hüseynovun yaşadığı kəndə gedərək ailəsi ilə də görüşmüşdü. Bundan sonra ailənin yaşayış şəraitinin yaxşılaşdırılması üçün nazirliyin təşəbbüsü ilə onun ailəsinə yeni ev tikilmişdi.

 

Əhliman Hüseynov

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın