Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Kriminal / Sumqayıtda Dövlət Gömrük Komitəsinin əməkdaşı qətlə yetirilib

Sumqayıtda Dövlət Gömrük Komitəsinin əməkdaşı qətlə yetirilib

Sumqayıt şəhərində qətl hadisəsi törədilib.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə Abşeron-Sumqayıt ərazisini birləşdirən Saray qəsəbəsi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verib.

Abşeron rayon Saray qəsəbə sakini, 1987-ci il təvəllüdlü Əsgərov Sücayət Əhməd oğlu naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan şəxs Reanimasiya şöbəsində dünyasını dəyişib.

Sücayət Əsgərov Dövlət Gömrük Komitəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Müsavat partiyasının fəalını iş yoldaşı öldürdü

İtkin düşmüş Natiq Mehdi Məhəmməd oğlunun itkin düşmüş polis daxil olmuş müraciet üzrə araşdırma aparılıb. …