Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Səfirlikdən çağırış: Qərbi Zəngəzura səfər etməyin

Səfirlikdən çağırış: Qərbi Zəngəzura səfər etməyin

ABŞ səfirliyi bu ölkənin vətəndaşlarını Ermənistanın Sünik əyalətinə (Qərbi Zəngəzur) səfər etməməyə çağırıb.

ABŞ-ın Ermənistandakı səfirliyi Karaunc-David-Bek və Qafan-Çakaten sahələrində Azərbaycan sərhəd-keçid məntəqələrində nəzarətin güclənməsi ilə əlaqədar ABŞ vətəndaşlarını bu ərazilərə səfər etməməyə çağırıb.

Qeyd edilib ki, M2 və M17 avtomagistrallarında Azərbaycan gömrük postlarında nəzarətin gücləndirilməsi barədə məlumatlar daxil olur: “Səfirlik əməkdaşları və ailə üzvlərinə çox ciddi ehtiyac olmadan bu magistrallarda hərəkət etmək qadağandır”.

Səfirlik ABŞ vətəndaşlarını Ermənistan-Azərbaycan sərhədində yerləşən ərazilərdən də uzaq olmağa çağırıb.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …