Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Roma Papası yenidən Ermənistan və Azərbaycan rəhbərliyinə müraciət etdi

Roma Papası yenidən Ermənistan və Azərbaycan rəhbərliyinə müraciət etdi

“Vatikan News” xəbər verir ki, Papa Fransisk yenidən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çağırış edib. Ermənistan və Azərbaycan rəhbərliyinə müraciət edən Papa problemin danışıqlar yolu ilə həllinə üstünlük verilməsini arzulayıb.

Vatikandakı Müqəddəs Pyotr meydanında Anqelus duasını səsləndirdikdən sonra Papa deyib: “Bu bayram günlərində kövrək atəşkəsin tez-tez pozulduğu, silahlı toqquşmaların vüsət aldığı Dağlıq Qarabağda baş verənləri unutmayaq”.

Papa vurğulayıb ki, silahlı qarşıdurma zamanı qurbanların sayında faciəvi artım müşahidə olunur, evlərin, infrastrukturların və ibadət yerlərinin dağıdılması qəbuledilməzdir. Mülki əhalinin getdikcə daha çox hücuma məruz qalması təəssüf doğurur.

“Müharibə edən tərəflərə müraciətimi təzələmək istərdim, ən qısa zamanda qan tökülməsini dayandırmaq üçün müdaxiləyə ehtiyac var”, deyən Papa vurğulayıb ki, mübahisələri zorakılıqla həll etməkdən çəkinmək lazımdır, ancaq “səmimi danışıqlara yolu” və “ beynəlxalq birliyin köməyi ilə” problem ədalətli həllini tapa bilər.

Papa Fransisk müharibədən əziyyət çəkənlərin hamısına yaxın olduğunu söyləyib və onları bölgədə sülh üçün bütün müqəddəslərə dua etməyə çağırıb.

“Vatican News” xatırladır ki, Roma Papası sentyabrın 28-də oxşar müraciətlə tərəflərə üz tutmuşdu və Dağlıq Qarabağ böhranın danışıqlar yolu ilə həll edilməsinin vacibliyini bildirmişdi.

Elbəyi Həsənli, Sürix


https://www.vaticannews.va/en/pope/news/2020-11/pope-francis-appeal-angelus-nagorno-karabakh.html

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …