Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Resept yaza bilməyən 11 həkim cəzalandırıldı

Resept yaza bilməyən 11 həkim cəzalandırıldı

Səhiyyə Nazirliyi resertsiz dərman satan aptekləri cərimələyib.

 

Bu barədə Publika.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, 15 aptekdə dərman vasitələrinin reseptsiz satışının aparılması müəyyən edilərək, protokollar tərtib edilib, cərimələr tətbiq olunub.

 

Reseptlərin düzgün yazılmamasına görə, 11 həkimə dair inzibati tədbirlər görülüb.

 

Qeyd edək ki, Səhiyyə Nazirliyi ölkə başçısının dərmanların keyfiyyəti, apteklərin fəaliyyəti və əhaliyə dərman vasitələrinin buraxılışı üzərində bütün sahələr üzrə sistemli tədbirlərin icrasını davam etdirir. Səhiyyə Nazirliyi apteklərinin fəaliyyətinin təkmilləşdirilməsi, reseptlərin yazılması üzərində nəzarət, dərman vasitələrinin və tibb ləvazimatlarının əhaliyə buraxılışı üzərində kompleks effektiv tədbirlərin icrasını davam etdirir. Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən əczaçılıq bazarı iştirakçılarına qarşı tədbirlər gücləndirilib.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın