Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / ReAl namizədlərindən cəmi 20-si imza toplaya bilib – Natiq Cəfərli

ReAl namizədlərindən cəmi 20-si imza toplaya bilib – Natiq Cəfərli

“ReAl Partiyasından imza vərəqələrini götürmüş 46 namizəd var”.

Bunu Modern.az-a Respublikaçı Alternativ Partiyasının (ReAl) icra katibi Natiq Cəfərli bildirib.

O, partiyadan fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılan namizədlərin hələ ki, tam olaraq imza vərəqələrini toplamadığını da qeyd edib:

“ReAl Partiyasından namizdlər var, bir də ReAl Cümhuriyyətçilər İttifaqından namizdlər var. Həmin ittifaqda müstəqil şəxslər təmsil olunur. Qeydiyyat tam bitdikdən sonra, ümumilikdə neçə nəfər namizədimizin olacağını biləcəyik. Hələlik 46 nəfərin imzatoplama kampaniyası davam edir. Daha doğrusu onlardan 20-ə yaxını imzalarını toplayıb. Qalanları isə bu günlərdə bu prosesi yekunlaşdıracaqlar. Yanvarın 10-dək qeydiyyatla bağlı qərar çıxmalıdır. Bu müddətdə neçə nəfərin qeydiyyatdan keçdiyi dəqiqliklə bilincək”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …