Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Qarabağda nə baş verir? – ŞƏRH

Qarabağda nə baş verir? – ŞƏRH

Azərbaycan Müdafiə Nazirliyi martın 8-dən 9-na qədər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidəki “qanunsuz erməni silahlılarının” Azərbaycan ordusunun mövqelərini fasilələrlə atəşə tutduğunu açıqlayıb.

Nazirliyin açıqlamasına görə, Azərbaycan silahlı qüvvələrinin Xocalı və Goranboy rayonlarında yerləşən mövqeləri onların hədəfi olub və cavab atəşi açılıb.

Ermənistan mətbuatı yazır ki, Qarabağdakı “erməni qüvvələri Azərbaycan mövqelərini atəşə tutmayıb, əksinə, martın 7-də iki dəfə və martın 8-də üç dəfə Xramot kəndi və kənd qəbiristanlığı minaatanlardan” atəşə tutulub.

Azərbaycan isə bildirib ki, ordu mülki obyektləri hədəfə almır, “yalnız qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq atəş açır”. Rusiya sülhməramlıların bu insidentlə bağlı hər hansı açıqlaması bəlli deyil.

Rus sülhməramlıları bölgədən çıxır?

Elə bu ərəfədə Qarabağdakı rus sülhməramlılarının canlı qüvvəsinin bölgəni tərk etdiyi iddia olunan video görüntülər yayılıb. Bu kadrlarda Rusiya bayrağı sancılmış hərbi nəqliyyatın təxminən 6 adam daşıyan yük maşınlarını müşayiət etdiyi görünür. BBC News Azərbaycanca bu görüntülərin hansı şəraitdə və nə vaxt çəklildiyini müstəqil və ya rəsmi mənbələrdən təsdiqləyə bilməyib.

Ermənistandakı diplomatik mənbələr BBC Rusca müxbirinə deyiblər ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxması barədə məlumatlar həqiqətə uyğun deyil.

Hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev BBC-yə bildirib ki, o, Rusiya sülhməramlılarının Azərbaycandan çıxması barədə eşidib, amma bu qüvvələrin sülhməramlı, yoxsa Qarabağda sülhməramlıların tərkibində humanitar fəaliyyət göstərənlərin olub-olmadığını bilmir.

Ədalət Verdiyevin ehtimalına görə, Rusiyanın Ukraynada apardığı müharibədə canlı qüvvəyə ehtiyacının yaranması onun Qarabağdakı peşəkar ordusunu çəkməyinə səbəb ola bilər. Digər tərəfdən, ekspert onu da mümkün sayır ki, Azərbaycanın sülhməramlıların fəaliyyətindən narazılığı belə bir addıma səbəb olsun: “Azərbaycan sülhməramlıların bölgədə atəşkəsi qoruya bilməməsindən narazıdır”.

Ermənistandakı diplomatik mənbələr BBC Rusca müxbirinə deyiblər ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxması barədə məlumatlar həqiqətə uyğun deyil. O, sülhməramlıların tərkibinin də dəyişməsini mümkün sayır.

Amma Ədalət Verdiyev onu da əlavə edir ki, rus sülhməramlılarının canlı qüvvə kimi çıxması heç də Rusiya sülhməramlılarının ölkəni tamamilə tərk etməsi anlamına gəlmir.

Bazar ertəsi Azərbaycan Rusiya rəsmisinin işlətdiyi “Dağlıq Qarabağ” ifadəsinə sərt reaksiya verərək xəbərdarlıq edib ki, bu kimi açıqlamalar Azərbaycan-Rusiya əlaqələrinə “xələl gətirə” və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan əraziləri boyunca vəziyyətin gərginləşməsinə səbəb ola bilər”.

Bu xəbərdarlıq yayılan ərəfədə Azərbaycanın hakimiyyət dairələrinə yaxın mediada dərc edilmiş bir neçə məqalədə Rusiya sülhməramlıların rəhbəri Andrey Volkov Qarabağdakı separatçı erməni hərbi birləşmələrin “açıq tərəfdarı” kimi xarakterizə edilib.

Bir müddət əvvəl Azərbaycan Rusiyadan rəsmi şəkildə tələb etmişdi ki, Ermənistan silahlı qüvvələrinin bölgədə yerləşdirilməsi “hallarına son qoysun”. Rusiya sülhməramlıları əvvəlki açıqlamalarının birində bu qüvvələri “Dağlıq Qarabağın silahlı birləşmələri” adlandırıb.

Hazırda Azərbaycan Rusiya sülhməramlılarından Qarabağdakı erməni qüvvələrin çıxarılmasını tələb edir. Bakı burada ötən il müharibəyə son qoyan 10 noyabr bəyannaməsinə istinad edir. Bu sənədin dördüncü bəndini əsas gətirən Azərbaycan bildirir ki, bölgəyə Rusiya sülməramlıları yerləşdirilən kimi erməni qüvvələri Qarabağdan geri çəkilməli idi.

Erməni tərəfi isə bəyannamənin ilk bəndinə əsaslanır. Yerevan deyir ki, birinci bənd Qarabağda erməni qüvvələrini saxlamağa əsas verir və onlar yeddi rayondan öz qüvvələrini geri çəkməklə bəyannamənin dördüncü bəndinə artıq əməl ediblər.

“Rusiyanın başı qarışdığından…”

Ermənistan parlamentində müxalifəti təmsil edən deputat Tiqran Abrahamyan jurnalistlərə deyib ki, Azərbaycan hakimiyyətinə yaxın dairələri və KİV Rusiya sülhməramlılarına qarşı informasiya “hücumu tətbiq edir, missiyanı səmərəsizlikdə günahlandırır, sülhməramlıların komandanını reketir adlandırırlar”.

Tiqran Abrahamyan sülhməramlılara qarşı bu kampaniyanın ilk növbədə Ukrayna hadisələri ilə bağlı olduğunu deyib. O hesab edir ki, Ukraynada vəziyyət gərginləşdikcə, Bakının Rusiyaya hücumları daha da güclənəcək.

Ermənistan Milli Məclisinin Müdafiə və Təhlükəsizlik Komissiyasının rəhbəri Andranik Koçaryan bu gün jurnalistlərə deyib ki, bölgədə sabitlik qarantı Rusiyadır, lakin bu gün “Rusiyanın başı başqa qaynar nöqtədə qarışıb və ola bilsin ki, Azərbaycan fürsətdən istifadə edərək Qarabağ istiqamətində müəyyən çətinliklər yaradır”.

Sosial mediada yayılmış videolarda rus sülhməramlılarının Qarabağı tərk etməsinin göstərildiyi iddia olunur. Biz bu iddiaların doğruluğunu təsdiqləyə bilməmişik.

“Laçın dəhlizindən təyinatına zidd istifadə”

Azərbaycan Nazirlər Kabinetinin ötən ilə aid olan, amma çərşənbə günü yayılan hesabatında bildirilib ki, Ermənistan “Laçın dəhlizi”ndən təyinatına zidd olaraq hərbi məqsədlərlə istifadə edir.

Hesabatda deyilir ki, bununla bağlı Azərbaycan hökuməti BMT, ATƏT, Avropa Şurası və NATO-nun Baş katiblərinə, ATƏT-in Fəaliyyətdə olan Sədrinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsinə, Rusiya Federasiyasının Xarici İşlər nazirinə məktublar ünvanlayıb.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …