Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Qalmaqallı “Şuşa” komandasının Rusiyadakı oyunu təxirə salındı

Qalmaqallı “Şuşa” komandasının Rusiyadakı oyunu təxirə salındı

Mart ayında keçirilməsi nəzərdə tutulan  “Şuşa” komandasının oyunu təxirə salınıb. 

Bu barədə Lent.az-a “Şuşa” Şən və Hazırcavablar Klubunun (KVN) rəhbəri, ssenarist və prodüsser Müşfiq Abbasov bildirib. O qeyd edib, çempionat may ayında baş tutacaq:

“Məlum məsələlərə görə oyunumuz mart ayından may ayına keçirilib. Tək bizim tədbirimiz yox, Ruysiyada mart-aprel aylarında baş tutacaq bütün tədbirlər təxirə salınıb”. 

Xatırladaq ki, yanvar ayında Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KVN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adının “Buta” ilə əvəzlənməsi geniş müzakirələrə səbəb olmuşdu. 

Bu müzakirələrdən sonra Müşfiq Abbasov bildirmişdi ki, Maslyakov oyunu bəyənib:

“Görüşdə ad məsələsini ona bildirdim. Qeyd etdim ki, əgər adımız “Şuşa” olmasa, biz oyuna davam etməyəcəyik. Mart ayında  Sankt-Peterburqda baş tutacaq 1/8 finalda “Şuşa” adı ilə oyuna çıxacağıq”.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …