Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / “Qarabağ məsələsi BMT TŞ-da yenidən müzakirəyə çıxarıla bilər…” – Rusiya nümayəndəsi

“Qarabağ məsələsi BMT TŞ-da yenidən müzakirəyə çıxarıla bilər…” – Rusiya nümayəndəsi

Münaqişə bölgəsindəki vəziyyət yaxşılaşmasa, BMT Təhlükəsizlik Şurası (TŞ) Qarabağdakı vəziyyətin müzakirə edilməsinə qayıda bilər. 
Moderator.az-ın Rusiya mediasına istinadle verdiyi xəbərə görə, bunu cümə günü Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasına oktyabrda sədrlik etdikdən sonra keçirdiyi mətbuat konfransında söyləyib. 
“Vəziyyət daha da pisləşərsə, Şuranın bu problemə qayıda və onunla məşğul olacağını istisna edə bilmərəm. Müzakirənin hansı formatda  olacağına  biz qərar verəcəyik” dedi.

Bundan əvvəl BMT TŞ  Qarabağdakı münaqişənin kəskinləşməsini Ermənistan və Azərbaycan nümayəndələrinin iştirakı olmadan iki dəfə qapalı formatda müzakirə edib. 

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …