Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Qarabağ Komitəsi siyasi partiyaları ADP-yə toplayıb – FOTOLAR

Qarabağ Komitəsi siyasi partiyaları ADP-yə toplayıb – FOTOLAR

ADP-nin qərargahında Qarabağ Komitəsinin (QK) təşkilatçılığı ilə böyük bir tədbir keçirilir. Toplantı Azərbaycanda Milli Azadlıq Hərəkatının başlandığı 17 noyabra – Milli Dirçəliş Gününə həsr olunub.

Tədbiri giriş sözü ilə sabiq MTN polkovniki İlham Ismayıl açıb: “Hər kəsi salamlayıram. Vaxtilə milyonlar Qarabağı tələb edirdi. İndi isə biz bir zalda tələb etməyə məcbur qalmışıq. “Biz nə etməliyik” sualına cavab tapmaq üçün bura yığışmışıq. Sonda bunun cavabını tapmalıyıq”.

Daha sonra söz KXCP sədri Mirmahmud Mirəlioğluna verilib. Onun xahişi ilə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

KXCP sədri çıxışına bu cür davam edib: “Bayramınız mübarək olsun. Artıq tarix yazmağın vaxtıdır. O vaxt hamı yumruq kimi bir arada idi və uğur qazandıq. Siyasi partiyalara müraciət edirəm ki, gəlin bir arada olaq, mübarizəyə qalxaq. Sabah saat 3-ə qədər toplaşaq, Bakı Şəhər İcra Hakimiyyətinə ümumxalq mitinqi üçün müraciət edək. Belə bir mitinqin keçirilməsinə böyük ehtiyac var. Gəlin, müxalifətdaxili savaşları durduraq. Buradan Qurban Məmmədova şəxsən müraciət edirəm. Birlikdə bu savaşlara son qoyaq. Qarabağ türkün namusudur”.

Tədbir davam edir.Müsavat.com

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …