Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Qarabağ erməniləri qaçqın ola bilmir

Qarabağ erməniləri qaçqın ola bilmir

Qarabağdan qaçan bir qrup erməni Yerevanda etiraz aksiyası keçirib. 

Etirazçılar onlara qaçqın, ya köçkün statusunun verilməsini tələb ediblər ki, sonra rahatlıqla xarici ölkələrə üz tuta bilsinlər.

Amma bu mümkün deyil. Çünki ermənilər özlərini elə hüquqi zibilə salıblar ki, indi bu dolaşıqdan onları heç kim çıxara bilməz: 

– Qarabağda yaşayan ermənilər hamısı rəsmi olaraq Ermənistan vətəndaşıdı. Ermənistan pasportu daşıyan şəxs Ermənistanda qaçqın sayıla bilməz.

– Bu insanlar daxili köçkün də sayıla bilməzlər, çünki Qarabağ Ermənistan ərazisi deyil. 

Öz bəlalarıdır… Torpaq iddiası və separatçılığın sonu bax belə olur.

Vahid Musatafayev 
“ANS Şirkətlər Qrupunun” prezidenti

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …