Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Qalmaqallı xanım general nazirliyin 20 əməkdaşını işdən çıxardı

Qalmaqallı xanım general nazirliyin 20 əməkdaşını işdən çıxardı

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin xeyli sayda əməkdaşı işdən çıxarılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, onları işdən FHN-nin Kadr siyasəti Baş idarəsinin rəisi, general-mayor Sevda Şirinova azad edib.

Belə ki, idarənin 20 əməkdaşı guya işlərində verdikləri nöqsanlara görə vəzifələrindən azad ediliblər. 20 əməkdaşdan 3-ü yüksək rütbəli zabit və idarənin vəzifəli şəxsləridir. 

Məlumata görə, onların işdən çıxarılmasına səbəb toy mərasimində iştirak etmələri olub. 

Dəfərlərlə digər məsələlərlə bağlı FHN-nin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyevaya sorğu ünvanlamağımıza baxmayaraq, nə yazılı, də nə də şifahi şəkildə Qaynarinfo-ya cavab verilməyib. Buna baxmayaraq, FHN-nin məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …