Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / “Xruşşovka”ya 30 il, “göydələn”-ə 130 il ömür biçilir?

“Xruşşovka”ya 30 il, “göydələn”-ə 130 il ömür biçilir?

Paytaxt Bakıda köhnə binaların sökülməsi məsələsi yenidən gündəmdədir. 

Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli 19 apreldə keçirdiyi mətbuat konfransında köhnə binaların söküləcəyini və yerində yeni binaların inşa ediləcəyini bildirib. Onun sözlərinə görə, həmin binalar tikilən zaman hər birinə dayanıqlılıq üçün 30-40 il zəmanət verilib. Q.Yetirmişli qeyd edib ki, Bakıdakı “Xruşşovka” binalar növbəli şəkildə söküləcək. Sovet dövründən qalma, köhnə, istismar müddəti başa çatmış binaların sökülüb yenisi ilə əvəzlənməsi həm şəhərin görüntüsü, həm də insanların yeni standartlara uyğun rahat, geniş yaşayış binalarında yaşaması baxımından məqsədəuyğundur. Lakin tikiləcək və bir neçə ildir paytaxtda ucaldılmış binaların ömrünün nə qədər olacağını bilmirik. 

2000-ci illərin əvvəlindən paytaxtda sürətlə tikintisinə başlanılan və bundan sonrakı dövrdə də tikintisi nəzərdə tutulan binaların ömrünü nə zaman başa vuracağına kim və hansı standartlara görə təminat verir? 

Mövzu ilə bağlı “Cümhuriyət”ə danışan əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib ki, binaların ömrü kapitallıq dərəcəsinə görə müəyyən edilir: 

“Yeni binaların kapitallıq dərəcəsinə görə 120-150 ilə qədər ömrü var. Bu binalara vaxtında cari tədbirlər görülməsə, binaya baxılmasa, ömrü qısalır. Bu ömür tikinti norma və standartlarında qeyd olunur. Qamışdan, torpaqdan, daşdan və betondan tikilən evlərin hamısında kapitallıq dərəcəsi var”. 

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …