Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Prezidentin köməkçisi neft-qaz kəmərlərinin təhlükəsizliyindən danışdı

Prezidentin köməkçisi neft-qaz kəmərlərinin təhlükəsizliyindən danışdı

Hər hansı bir üçüncü tərəfin neft kəmərlərinin təhlükəsizliyinin təmin olunmasında iştirakına ehtiyac görmürük.

Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Azərbaycan ərazisindən keçən neft və qaz kəmərlərinin təhlükəsizliyinin qorunmasına NATO və ya digər beynəlxalq təşkilatların cəlb olunmasının mümkünlüyü barədə suala cavab verərkən deyib.

H.Hacıyev bildirib ki, Azərbaycan Respublikası öz imkanları daxilində beynəlxalq əhəmiyyətli neft və qaz layihələrinin təhlükəsizliyini təmin edir:

“Amma Azərbaycan, eyni zamanda, müvafiq tərəf müqabilləri, layihədə iştirak edən aparıcı şirkətlərlə də bu infrastrukturların təhlükəsizliyini gücləndirmək məsələləri ilə bağlı fikir mübadiləsi aparır. Lakin hər hansı bir üçüncü tərəfin təhlükəsizliyin təmin olunmasında iştirakına ehtiyac görmürük”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …