Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Prezident Eldar Əzizovu çıxardı – Bir neçə rayonun icra başçısı dəyişdirildi (Yenilənir)

Prezident Eldar Əzizovu çıxardı – Bir neçə rayonun icra başçısı dəyişdirildi (Yenilənir)

Azərbaycanda bir neçə rayonun icra başçısı ilə bağlı yeni sərəncamlar olub.
Azinforum.az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Bakının Səbail rayonunun icra başçısı Asif Əsgərov Nəsimi rayonuna icra başçısı təyin olunub.
Prezidentin digər sərəncamı ilə Sumqayıt şəhər İcra Hakimiyəyətinin başçısı vəzifəsindən azad edilmiş Eldar Əzizov isə Səbail rayonuna, Abşeron rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmiş Zakir Fərəcov isə Sumqayıt şəhərinə başçı təyin edilib.
Nəsiminin icra başçısı Nəsib Məhəməliyev isə tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, hazırda Nizami və Nəsimi rayonlarının icra başçısları vəzifəsi boşdur.
Xəbəri Mia.az-a Nəsimi, Səbail və Abşeron rayon İcra Hakimiyyətlərindən təsdiq ediblər. Bildirilib ki, yaxın saatlarda sərəncam və təqdimatlar olacaq.
Azinforum.az xəbər verir ki, artıq Eldar Əzizovun azad olunma sərəncamı rəsmən verildi.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın