Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Polkovnikin vəkili əməliyyat olundu – “MTN işi” təxirə düşdü

Polkovnikin vəkili əməliyyat olundu – “MTN işi” təxirə düşdü

Ləğv olunmuş MTN-in generalı Akif Çovdarov, idarə rəisləri – Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkillərindən birinin gəlmədiyi məlum olub.

Belə ki, polkovnik Səlim Məmmədovun vəkili Cavid Rzazadə bu gün Topçubaşov adına Elmi Tədqiqat İnstitunda əməliyyat olunduğu üçün iclasa qatıla bilməyib.

Buan görə də hakim prosesin vəkilsiz keçirilməsinin qüyri-mümkün olduğunu bildirib və iclas təxirə salınıb. Məhkəmə prosesi mayın 8-də davam etdiriləcək.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın