Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Oqtay Əsədov Zelenskinin andiçmə mərasimində iştirak edəcək

Oqtay Əsədov Zelenskinin andiçmə mərasimində iştirak edəcək

Milli Məclisin sədri Oqtay Əsədov Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin mayın 20-də keçiriləcək andiçmə mərasimində iştirak edəcək. 

Bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Katerina Zelenko öz “Twitter” səhifəsində məlumat verib.

Zelenskinin andiçmə mərasiminə həmçinin Latviya, Litva, Estoniya, Gürcüstan və Macarıstan prezidentləri, Türkiyənin vitse prezidenti, Belarus, Rumıniya, Slovakiya və Bolqarıstanın baş nazirləri, ümumilikdə 40 ölkədən dövlət və hökumət nümayəndələri qatılacaq. (Azvision.az)

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …