Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Onlar ya əhalini müharibəyə hazırlayır, ya da…”

“Onlar ya əhalini müharibəyə hazırlayır, ya da…”

Bu gün Ermənistanda 10 günlük hərbi təlimlərə start verilib. Təlimlərlə bağlı diqqət çəkən ən başlıca məqam isə mülki əhalinin, eləcə də dövlət qurumlarının da təlimlərə cəlb edilməsidir.

Moderator.az-a açıqlama verən hərbi ekspert Azad İsazadə təlimlərin məqsədi ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Ermənistandakı təlimlərə sadəcə ordunu deyil, ümumiyyətlə bütün əhalini cəlb ediblər. Bu, müharibə şəraitinin məşqidir. Yoxlayırlar ki, mülki əhali özünü necə aparır və s. Faktiki olaraq qarşıdakı 10 gün müddətində Ermənistan hərbi vəziyyətdə yaşayacaq. Söhbət mülki orqanların – məktəblərin, xəstəxanaların müharibə şəraitində fəaliyyətini təşkil etməkdən gedir.

Sözsüz ki, burada imitasiya elementləri var. Onsuz da ermənilərdə hər bir məsələdə imitasiya, artistlik var. Amma bir şeyi də başa düşürlər ki, Azərbaycan istənilən vaxt hərbi əməliyyatlara başlaya bilər.

Əhalini təlimlərə cəlb etməklə onların arasında həyəcan ruhunu bir qədər qaldırırlar. Bunu hansı məqsədlə edirlər, bu barədə müxtəlif versiyalar səsləndirmək olar. Bir tərəfdən əhali arasında bununla qorxu yaratmağa çalışırlar ki, sabah Paşinyan danışıqlara gedib kompromislərə razılaşsa, əhali buna hazır olsun. Və ya real müharibə başlasa, yenə də əhali buna hazır olsun. Bu, üçaddımlı bir kombinasiyadır. Yəni çalışırlar ki, proseslər hansı məcraqa inkişaf etsə də, udsunlar. Amma həyat göstərir ki, reallıqda belə olmur.

Bu, əks-reaksiyaya da səbəb ola bilər. Əhalinin arasında panika da yaşana bilər”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …