Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Onlar uzun müddət icra başçısıdır – Siyahı

Onlar uzun müddət icra başçısıdır – Siyahı

Azərbaycanda elə icra başçıları var ki, onların təyin olduqları müddətdən xeyli keçib. Amma eyni rayonda neçə illərdir ki, icra başçısı vəzifəsini tuturlar.

Bakupost.az uzun müddət eyni rayona başçılıq edən icra başçılarını təqdim edir:

Taleh Qaraşov – İlham Əliyevin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Qaraşov 9 ildir ki, Xan Lənkərana başçılıq edir.

Ayaz Əsgərov – 19 may 2016-cı il tarixdə Prezidentinin sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 5 ilddən artıqdır ki, Yardımlıda rəhbərlik edən Əsgərov susqunluğu ilə yadda qalıb. Rayon camaatının dediklərinə görə, başçı kabinetindən çıxmağa maraqlı deyil. Hətta rayonda rəhbər vəzifələrdə çalışan şəxslər arasında icra başçısının bu il yola salınacağı barədə söz-söhbətlər gəzir.

Zakir Fərəcov – Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixili Sərəncamı ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub. Əsasən şəhərin abadlaşması işlərində fəal olan icra başçılarındadır.

İradə Gülməmmədova – 02 sentyabr 2015-ci il tarixdə Prezidentin sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Xəzər Aslanov – Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə Xızı Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin olunub.

Alı Alıyev – 25 fevral 2011-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Füzuli rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.

Süleyman Mikayılov – 4 mart 2010-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Ramiz Həsənоv – İlham Əliyеvin 26 aprеl 2011-ci il tariхli Sərəncamı ilə Ramiz Şamil оğlu Həsənоv Zəngilan rayоn İcra Haкimiyyətinin başçısı təyin оlunub.

Eyvaz Hüseynov – 02.07.1992-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Fərzəliyev Abdin – 2005-ci ilin dekabr ayından Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışır.

Bayram Səfərov – 2009-cu il fevral ayının 27-də Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …