Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Nazirlik rəsmisi də jurnalistlərin binasından ev istəyir

Nazirlik rəsmisi də jurnalistlərin binasından ev istəyir

Son günlər mediada jurnalistlər üçün tikilən binaya göz dikənlərlə bağlı silsilə yazılar yayımlanır. Bir sıra dövlət qulluqçuları, vəzifəsi olan şəxslərin müftə mənzil istəyi tənqid olunur.

“ Azinorum.az ” Komanda.az-a istinadən xəbər verir ki, onların sırasına Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova da qoşulub.

Məmmədova mənzil şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna müraciət edib. Tələb olunan sənədləri artıq KİVDF-yə təqdim edən nazirlik sözçüsü Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən ikinci binada mənzil alacağına ümidlidi.

Məsələ ilə bağlı Səmayə Məmmədovanın reaksiyası sərt olub:

“Sizə nə? Nazirliklə bağlı suallarınız varsa, buyurun. Məni işdən kənar suallarla narahat etməyin”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın