Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Nazim Bəydəmirli YAP-dan xaric edilib”- Partiyadan açıqlama

“Nazim Bəydəmirli YAP-dan xaric edilib”- Partiyadan açıqlama

Son vaxtlar keçmiş millət vəkili Nazim Məmmədovun (Bəydəmirli) sosial şəbəkələrdə, bəzi KİV-lərdə etdiyi çıxışları və mövqeyi ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) Mətbuat Xidməti ilə əlaqə saxladıq.

YAP-ın Mətbuat Xidmətindən verilən məlumata görə, keçmiş millət vəkili Nazim Məmmədov 2000-ci ildən YAP-ın üzvü olub. Lakin 2010-cu ilin parlament seçkilərində Nazim Məmmədov qeyri-etik davranışına və Partiyanın Nizamnamə tələblərinə, prinsiplərinə zidd hərəkətinə görə YAP-ın sıralarından uzaqlaşdırılıb. Artıq Nazim Məmmədovun Partiya ilə heç bir əlaqəsi yoxdur və YAP-ı təmsil etmir.

SİA.AZ

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …