Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Naxçıvanın deputatının hadisələrdən xəbəri yoxdur? – “Nə var ki?”

Naxçıvanın deputatının hadisələrdən xəbəri yoxdur? – “Nə var ki?”

“Mənim Naxçıvanda baş verən hər hansı hadisə haqqında məlumatım yoxdur. Mən də sizin kimi bəzi xəbərləri mətbuatdan oxuyuram. Ona görə də bilmədiyim şey haqqında danışmaq istəmirəm”.

Bunu Gununsesi.info-ya açıqlamasında Naxçıvandan olan deputat Eldar İbrahimov Muxtar Respublikanın gömrük orqanlarında keçirilın anti-korrupsiya əməliyyatlarına dair suala cavabında deyib.

“Bəs, bölgənin deputatı kimi nə üçün maraqlanmırsınız” sualına isə deputat belə cavab verib: “Xəbərlər yayılır, eşidirik. Maraqlanmalı nə var ki?”

“Yeni Sabah” xatırladır ki, E. İbrahimov 4 saylı Naxçıvan şəhər seçki dairəsindən deputat seçilib. Yəni düz Naxçıvanın mərkəzi hissəsinin Milli Məclisdə təmsilçisidir. Lakin öz ərazisində baş verən hadisələr haqda yalnız mətbuat vasitəsi ilə xəbər tutduğunu bildirir.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …