Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Naxçıvanda “Göycə fetsivalı” keçirilib – FOTOLAR

Naxçıvanda “Göycə fetsivalı” keçirilib – FOTOLAR

Bu gün Naxçıvan şəhərində “Göycə fetsivalı” keçirilib. Festivalın keçirilməsində başlıca məqsəd dünyanın heç bir yerində yetişdirilməyən bu neməti – Göycəni tanıtmaqdır. Yaşı 300-400 ilə yaxın olan göycə yalnız Naxçıvanda yetişir. Düzdür, Azərbaycanın digər bölgələrində də alçanın müxtəlif növləri yetişdirilir. Ancaq alçanın Naxçıvanda yetişən göycə növünün görünüşü və dadı tamamilə fərqlidir. “Göycə” sözü də yalnız Naxçıvan dialektinə aid olan söz hesab olunur. Yəni, göycə Naxçıvandan başqa yerdə bitmədiyi kimi, bu söz də bu bölgədən başqa heç bir yerdə işlənmir, ədəbi dildə də rast gəlinmir. “Göycə” sözündəki “göy” sözü yeni, təzə mənasını ifadə edir. Muxtar respublikada yazın ilk yetişən meyvələrindən biri olduğuna görə bu meyvəni “göycə” adlandırırlar.

























Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın