Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Müəllim Mikayıl Cabbarovun biganəliyinə əsəbiləşdi

Müəllim Mikayıl Cabbarovun biganəliyinə əsəbiləşdi

3 gün öncə Tovuz rayonu Qaraxanlı kənd sakini, həmin rayonun Qədirli kənd, C.Sadıqov adına tam orta məktəbin tarix müəllimi Nəsirli Nüsrət Fəttah oğluModerator.az vasitəsilə təhsil nazirinə müraciət edərək direktor olmaq istədiyini bildirmişdi.

Məktubuna Təhsil Nazirliyindən reaksiya verilməməsi Nüsrət Nəsirlini əsəbiləşdirib və o, redaksiyamıza daha bir məktub göndərib.

Məktubu təqdim edirik:

“Hörmətli Moderator.az!

Ən əvvəl mənim 7 noyabr 2015-ci il tarixli, Təhsil naziri cənab M.Cabbarova ünvanladığım müraciətimi öz səhifənizdə yerləşdirdiyinizə görə, Sizə öz dərin minnətdarlığımı bildirirəm.

Həmin müraciəti artıq 4000 nəfərdən çox insan izləmişdir. Lakin, öz müəlliminin müraciətinə Təhsil Nazirliyimiz və cənab nazirimizdən hələ ki, heç bir reaksiya yoxdur. Budurmu operativlik, budurmu əyalətdən olunan müraciətə münasibət? Mən həmin müraciəti edərkən az da olsa ümidim vardı ki,Təhsil Nazirliyi yəqin öz müəlliminin müraciətinə ən azından baxar, müraciət müəllifi olaraq məni dinləyər, araşdırma aparar, münasibət bildirər. Yaxud, yuxarı orqan olaraq, özünün yerdəki təşkilatına göstəriş verər ki, məni kimsə dinləsin, fikir və planlarımla maraqlansın. Təəssüf ki,bu baş vermədi.
Azərbaycanda baş vermiş son olaylardan sonra məndə inam yaranmışdı ki, vətəndaşın, müəllimin, adi bir uşağın da probleminə biganəlik halları azalar.Özü də, bu müraciətim şəxsi mənada olsa idi, bu qədər inamım sarsılmazdı.

Son dövrlərdə Təhsil Nazirliyində çox səs-küyli işlərin görülməsi barədə, kitab çapı, diaqnostik qiymətləndirmə, Təhsil Qanunundan və Təhsil Strategiyasından irəli gələn məsələlər haqqında ağızdolusu danışırlar. Bu bəlkə də mərkəzdə belədir. Rayon və kəndlərdə isə necə deyərlər “köhnə hamam, köhnə tas”dır.

Mən məqsədim haqqında məlum müraciətimdə ətraflı yazmışdım. Ona görə də onun üzərində dayanmaq istəməzdim.

Sadəcə, onu qeyd edirəm ki, mən kənd məktəbində direktor vəzifəsi vakant olduğuna görə direktor olmaq istərdim və həmin məktəbi müasir dövrün tələbinə uyğun məktəbə çevirməyi planlamışdım.

Amma nə baş verir? Qeyd etdiyim kimi, yerlərdə heç bir dəyişiliklərdən, innovasiyadan, yeni fikirdən, cəmiyyətin artan tələbinin ödənilməsindən danışmağa dəyməz. Vəzifəyə təyinat müxtəlif yollardan keçir. “Hörmət”, varislik prinsipi, qohumbazlıq və s. və i.a…

Hətta o qədər dəhşətli haldır ki, diplomu saxta, adını belə yazmağa çətinlik çəkənləri nəyə görəsə məktəb direktoru vəzifəsinə qoymağa belə cəhd edirlər. Kiminsə atası, anası, həyat yoldaşı müəyyən vəzifədə olubsa, mütləqdirmi yenidən o vəzifəyə həmin ailənin üzvü olsun? Məncə, irsilik prinsipi orta əsrlərdə qaldı.

Hörmətli cənab Təhsil nazirimiz M.Cabbarov! Belə bir deyim var ki, “general olmaq, bütün əsgərlərin ürəyindən keçir “. Eləcə də direktor olmaq əksər müəllimlərin arzusudur. Bu da təbiidir. İnsan daimi olaraq irəliyə can atmalıdır. Və rəqabət olmayan yerdə inkişaf yoxdur. Ona görə də təklifim var ki, həmin vakant direktor vəzifəsinə müsabiqə elan edəsiniz. Direktor olmaq üçün hansı şərtlər, hansı bacarıqlar tələb olunursa, açıq, şəffaf mübarizə mühiti yaradılsın və layiq olan həmin vəzifəni tutsun. Bu zaman heç bir neqativ söz-söhbət yarana bilməz və sonda təhsilimiz qazanar”.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın