Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Moskva vəziyyəti gərginləşdirmək üçün fürsət axtarır” – Natiq Cəfərli

“Moskva vəziyyəti gərginləşdirmək üçün fürsət axtarır” – Natiq Cəfərli

“Rusiya Müdafiə Nazirliyi rəsmi açıqlama yayıb, sənəddə açıq şəkildə “Dağlıq Qarabağ ərazisi” və “Dağlıq Qarabağ silahlı birləşmələri” sözləri yer alıb. Moskva israrla bizi daha sərt addımlar atmağa təhrik edir, bu gün Xankəndi və ətrafında vəziyyətin gərginləşməsi ən çox Rusiyaya sərf edir”.

Bunu Respublikaçı Alternativ Partiyasının funksioneri, iqtisadçı Natiq Cəfərli deyib.

REAL-çının fikirincə, hazırda Xankəndi və ətrafında vəziyyətin gərginləşməsi Rusiya üçün sərfəlidir:

“Birincisi, dünyanın diqqətini Ukraynadan az da olsa yayındırmağa nail olmaqdır. İkincisi, dünyada indi yeganə “pozitiv” aktivi olan ölkəmizdəki “sülhməramlılıq” missiyasını vurğulayaraq öz vacibliyini önə çəkməyə çalışmaqdır. Üçüncüsü, Qərb dövlətlərini bu mövzuda Moskva ilə danışmağa, təmaslar qurmağa məcbur etmək. Dördüncüsü, Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması cəhdlərini baltalamaqdır. Beşincisi, Azərbaycan və Türkiyənin Ukrayna mövzusunda tutduqları mövqedən qəzəbini ifadə etmək”.

Siyasətçi qeyd edib ki, bütün bunları anlayaraq çox ehtiyatlı, diqqətli, səbrli davranmalıyıq:

“İndiki zamanda Moskvanın təxribatlarına getmək olmaz, bü gün ölkədə kimlərsə, “məqamdı, Rusiyanın başı qarışıb, gəlin Xankəndi və ətrafını təmizləyək” – kimi fikirlər səsləndirənlər bilərək, ya bilmədən Kremlin əlinə oynayır, ya da siyasi baxımdan savadsızdırlar. Bu gün Rusiya Müdafiə Nazirliyinin açıqlaması bizim daha sərtləşməyə təhrik etmək üçündür, bunu unutmayaq.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …