Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Milli Şuranın mitinqinə icazə verilmədi

Milli Şuranın mitinqinə icazə verilmədi

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq keçirmək istəyinə cavab verib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, MŞ üzvlərindən ibarət mitinq təşkilatçıları aprelin 6-da “Məhsul” stadionunda aksiya keçirmək istədiklərini bildiriblər.

Meriyanın cavabında qeyd olunub ki, yanvarın 19-da keçirilən mitinqdən sonra bəzi toplantı iştirakçıları tərəfindən ictimai təhlükəsizlik əleyhinə olan əməllər törədilməsi şəhər sakinlərinin haqlı narazılığına və bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə çoxsaylı şikayət ərizələri göndərmələrinə səbəb olub. Həmçinin mitinq iştirakçılarının polisin qanuni tələblərinə qarşı tabesizlik göstərmələri ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq müraciətlər ünvanlanıb.

Bunları nəzərə alaraq mitinqin keçirilməsi məqsədəuyğun hesab edilməyib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …