Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Milli Şuranın 19 oktyabr mitinqi təxirə salındı

Milli Şuranın 19 oktyabr mitinqi təxirə salındı

AXCP sədri Əli Kərimli sosial şəbəkədə Milli Şuranın oktyabrın 19-na təyin etdiyi mitinqin təxirə salınması barədə elan yazıb.Partiya sədri elanı “Facebook” sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

Mətndə qeyd edilir: “Dostlar, mitinqin təşkilatçılarının kütləvi şəkildə həbs edilməsi, həmçinin, ölkədə və xaricdə yaşayan dostların aksiya ilə bağlı ciddi təxribatlar hazırlanması barədə ötürdüyü məlumatların ciddiliyi, Milli Şuranın kordinasiya mərkəzinin üzvləri arasında yenidən müzakirə edilmiş və 19 oktyabra planlaşdırılan dinc aksiyanın təxirə salınması barədə qərar qəbul edilmişdir”. Azvision.az

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …