Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Merkelin ikili qaz siyasəti – ŞƏRH

Merkelin ikili qaz siyasəti – ŞƏRH

“Almaniya kansleri Bakıda Azərbaycan qazının Avropaya nəqlini müzakirə edəcək. Bu, Avropaya qaz nəqlinin diversifikasiyası baxımından vacibdir. Ancaq Almaniya üçün daha vacibi Rusiyadan “Şimal dənizinin” dibi ilə aldığı və alacağı qazın miqdarını artırmaqdır”.

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, ABŞ və bəzi Avropa dövlətləri, o cümlədən Rusiyanın işğal siyasətindən əziyyət çəkən Ukrayna Almaniyanı buna görə tənqid edir:

 

“Elə ABŞ prezidenti də anlamamışdı ki, Almaniya Rusiyaya qarşı sanksiyalarda yer almasıyla bərabər necə olur ki, bu ölkədən daha çox qaz almağa və yeni boru xəttinin çəkilişinə razılaşır. Almaniya kansleri üçün Azərbaycan və Türkmənistan qazının Avropaya nəqlini dəstəkləmək ona görə vacibdir ki, Amerika və digər dövlətlər ondan əl çəksinlər, Rusiya ilə yaxınlıqda ittiham etməsinlər. Azərbaycan qazının Avropada əsas alıcıları başqa dövlətlərdir. Ona görə “Almaniya Azərbaycanın qazının Avropaya nəqlini dəstəkləyir” başlıqlarını atarkən Berlinin niyə belə etdiyinə diqqət yetirmək lazımdır. Berlin “hamam suyuna dost tutmaq” istəyir”. 

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …