Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Makron Bakıya da gələcək

Makron Bakıya da gələcək

Bir müddət əvvəl Fransa Prezidenti Emmanuel Makronun Ermənistana səfər edəcəyi barədə xəbər yayılmışdı. Lakin Fransanın Ermənistandakı səfiri Jonatan Lakotanın sözlərindən məlum olub ki, Makronun səfəri regional xarakter daşıyır. Fransa Prezidenti Yerevandan başqa Bakı və Tbilisidə də olacaq.

“Azadlıq” radiosunun erməni redaksiyasına verdiyi müsahibə zamanı səfir deyib ki, səfər çərçivəsində Makron regionun bütün liderləri ilə danışacaq. “Bizim bütün tərəflərlə danışmaq, vasitəçi rolunu təmin etmək və Ermənistanla Azərbaycan arasında siyasi prosesə təkan vermək imkanlarımız var”, – Jonatan Lakota vurğulayıb.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …