Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Mahmud Məmmədquliyev: “Danışıqlar çox gərgin keçir”

Mahmud Məmmədquliyev: “Danışıqlar çox gərgin keçir”

“Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlığa dair yeni sazişlə bağlı danışıqlar başlayıb. Bu, hüquqi sənəddir və 15 il qüvvədə olmalıdır. Ona görə də danışıqlar çox gərgin keçir”.

Bunu  bu gün jurnalistlərə açıqlamasında Mahmud Məmmədquliyev bildirib.

M. Məmmədquliyev deyib ki,  Avropa İttifaqının Şərq Tərəfdaşlığının Brüsseldə keçiriləcək sammitində – noyabrın 24-də bu sənədin imzalanacağını gözləmək olmaz:

“Danışıqlar 5 ay əvvəl başlayıb. Yay aylarında bir az fasilə olub, sonra danışıqlar yenə başlayıb. Danışıqlarda bəzi sahələrdə tərəqqi var, bəzi sahələrdə bir çox məsələlər qalmaqdadır. Ona görə də Brüsseldə bu sənədin imzalanacağını barədə yayılan məlumatlar yanlışdır”.

APA

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …