Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Mətbuata ordudan yazmağı qadağan etmək doğru deyil” – Deputat

“Mətbuata ordudan yazmağı qadağan etmək doğru deyil” – Deputat

Milli Məclisin bu gün keçirilən iclasında peşəkar səviyyədə fəaliyyət göstərən medianın, jurnalistlərin Silahlı Qüvvələr haqqında məlumatlar yazmasına məhdudiyyətlər qoyulmasına etiraz edilib.
Yenidən hazırlanan “Azərbaycan Respubliaksının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev bildirib ki, bu yanlış addımdır.
O qeyd edib ki, ordudakı problemlərdən yazmadıqca, o problem daha da artacaq: “Əlbəttə, hərbi sirr qorunmalıdır və onsuz da qorunur. Amma peşəkar fəaliyyət göstərən jurnalistlərə ordudan yazmağı qadağan etmək, məhdudlaşdırmaq düzgün deyil”.
Deputat Azay Quliyev də ordu üzərində ictimai nəzarətin vacibliyini qeyd edib/apa.

 

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …