Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Məşhur “Taksi” filminin ulduzunu Qarabağla nə birləşdirir? – Foto

Məşhur “Taksi” filminin ulduzunu Qarabağla nə birləşdirir? – Foto

Ermənilər Qarabağ mövzusunda ard-arda bir neçə film çəkir.

Ermənistan KİV xəbər verir ki, erməni mənşəli rejissor Robert Defin çəkəcəyi “Valter” filmi də Qarabağ müharibəsi mövzusunda olacaq. Maraqlıdır ki, baş rolu “Taksi” kinoseriyasından tanınan fransız aktryor Sami Naserinin kiçik qardaşı Bibi Naseri oynayacaq.

Filmdə hadisələr Valter (Bibi Naseri) adlı erməninin Rusiyadan Dağlıq Qarabağa gələrək anasını dəfn etməyə çalışır. Hadisələr Qatabağ müharibəsi fonunda cərəyan edir.

Xatırladaq ki, Bibi Naseri “13-cü rayon”, “Ayşə”, “Arı yuxası” və s. filmlərdə çəkilib. “Valter” filminin çəkilişləri artıq 2 gündür ki, davam edir.  /Modern.az

Məşhur “Taksi” filminin ulduzunu Qarabağla nə birləşdirir? - Foto

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …