Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Məscidi sökməklə xalqla prezidentin arasını vurmaq istəyirdilər, amma…”

“Məscidi sökməklə xalqla prezidentin arasını vurmaq istəyirdilər, amma…”

“Qardaşım məscidin sökülməsinin qarşısını almaqla ölkəmizdəki minlərlə müsəlmanın duasını qazandı”

“Bu gün mənim fikirlərim bir daha öz təsdiqini tapdı. Prezident ölkədəki hər hansısa problemdən xəbər tutan kimi onu yerindəcə həll edir”.
Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.  Partiya sədrinin sözlərinə görə,  məscidin sökülməsini  xalqla prezidentin arasını vurmaq istəyən qüvvələr istəyib:
“Mənim əziz qardaşım Bakıda məscidin sökülmə xəbərini eşitdikdən sonra dərhal bunun qarşısını aldı. İlham Əliyevi istəməyən qüvvələr məscidi sökməklə xalqla prezidentin arasını vurmaq istəyənlər idi.
Mənim bu günə qədər dediklərimin hamısı təsdiqlənir.  Prezident təkdir, biz partiyalar cəmiyyətdə ictimai nəzarəti gückəndirməliyik.
Amma təəssüflər olsun ki, bu gün ictimai nəzarəti Yalnız Hafiz Hacıyev həyata keçirir. Bütün təzyiqlərə baxmayaraq mən yolumdan bir addım belə geri çəkilməmişəm. Cənab prezident və onun xanımı çox ədalətli insanlardı, biz onları qorumalıyıq. İlham Əliyev bu gün ölkədəki neqativ hallara qarşı açıq mübarizə aparır. Artıq o miqyası elə böyük olmayan məsələlərə də müdaxilə etmək məcburiyyətində qalıb. Qardaşım məscidin sökülməsinin qarşısını almaqla ölkəmizdəki minlərlə müsəlmanın duasını qazandı.”

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın