Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Lavrov: Türkiyə ilə fikir ayrılığımız yoxdur

Lavrov: Türkiyə ilə fikir ayrılığımız yoxdur

Bizim Türkiyə ilə prinsipial fikir ayrılığımız yoxdur.

Virtualaz.org TASS-a istinadən bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Aralıq dənizi: Roma Dialoqu” beynəlxalq konfransında deyib.

Onun sözlərinə görə, ölkələr hər şeydə razılığa gələ bilməz və hər hansı bir dövlətə münasibətlərdə fərqli mövqelər olacaq: “Türkiyə ilə heç bir əsaslı fikir ayrılığımız yoxdur… Əminəm ki, Rusiya ilə Türkiyə arasında münasibətlər öz siyasətini reallaşdırmaq üçün iki müstəqil ölkənin birlikdə necə çalışdığına nümunədir. Onlar heç kim qarşısında əyilmirlər, ultimatum irəli sürmürlər, kənardan təsirlərə məruz qalmırlar. Odur ki, Türkiyənin NATO-ya üzvlüyü bizim üçün heç də maneə deyil”, – deyə S.Lavrov bildirib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …