Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Lətif Hüseynov Avropa Məhkəməsində hakim kimi fəaliyyətə başladı

Lətif Hüseynov Avropa Məhkəməsində hakim kimi fəaliyyətə başladı

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Azərbaycandan olan yeni hakimi Lətif Hüseynov vəzifəsinin icrasına başlayıb.

“Report”un xəbərinə görə, L.Hüseynov hazırda Strasburqda yaşayır.

Onun aylıq maaşı 10 min avroya qədərdir.

Xatırladaq ki, AİHM-ə hakimlər 9 il müddətinə seçilir. Azərbaycanın AİHM-dəki əvvəlki hakimi Xanlar Hacıyev olub. Onun səlahiyyət müddəti başa çatıb.

L.Hüseynov bu təyinata qədər Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri vəzifəsində çalışıb.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın