Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / KTMT-dən Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı AÇIQLAMA

KTMT-dən Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı AÇIQLAMA

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı açıqlama verib.

“Armenpress” xəbər verir ki, bəyanatda deyilir: “Ermənistan Respublikasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı daimi və səlahiyyətli nümayəndəsi Viktor Biyaqov bu il 13 mayda KTMT Daimi Şurasının iclası zamanı Ermənistan Respublikasının Azərbaycan Respublikası ilə dövlət sərhədində mayın 12-də baş verən hadisə barədə məlumat verib. Erməni tərəfinin verdiyi məlumata görə, Azərbaycanın silahlı qüvvələri sərhədi pozaraq bir neçə kilometr Ermənistan ərazisinə girib”.

Açıqlamanın davamında qeyd olunur ki, KTMT Baş katibi Stanislav Zas Ermənistan Respublikası müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyan və Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyanla telefonla mövcud vəziyyəti müzakirə edib.

“KTMT Ermənistanın Sünik bölgəsinin sərhəd bölgələrində vəziyyətin inkişafını yaxından izləyir. Vəziyyət inkişaf etdikcə, zərurət yaranarsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi və KTMT Nizamnaməsinin müddəaları çərçivəsində tədbirlər görüləcək”, – deyə KTMT-nin mətbuat xidmətindən bildirilib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …