Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Köçəryan Moskvadan qayıdan kimi Araiki vəzifəsindən kənarlaşdırmağa qərar verdi…”

“Köçəryan Moskvadan qayıdan kimi Araiki vəzifəsindən kənarlaşdırmağa qərar verdi…”

Xocalıda azərbaycanlıların soyqırımı, Kəlbəcər, Ağdamın və s. işğalında  iştirak etmiş  Əsgərandan olan məşhur erməni səhra komandiri, “Qarabağ Təhlükəsizlik Şurası” nın rəhbəri Vitali Balasanyanın partiyası başda Araik Arutyunyan olmaqla Qarabağdakı separatçı-terrorçu “hakimiyyət”in istefasını tələb edir. “Qarabağ Milli Məclisi” nin “Ədalət” “fraksiyası” Araik Arutyunyanın istefasını tələb edib, çünki “uğursuz rəhbərliyi üzündən Artsax siyasi, hərbi və iqtisadi sosial problemlərlə üzləşib”.
“Bakinski bulvar” teleqram-kanalı bu haqda erməni mənbələrinə istinadla yazır.
Qarabağda separatçı ermənbi “hakimiyyətin” dəyişdirilməsi Kremlin yeni oyunudur. “Qarabağ Təhlükəsizlik Şurası” nın rəhbəri Vitali Balasanyanın Ermənistanın terrorçu eks-prezidenti Robert Köçəryanın adamı olduğu və əvvəllər də Paşinyanı bir neçə dəfə açıq şəkildə qınadığı məlumdur. Kuratoru  Robert Köçəryan – Moskvadan qayıtdıqdan dərhal sonra V.Balasanyan erməni KİV-lərinə “proqram müsahibəsi” verdi…
“Bu kontekstdə Azərbaycanın hökumətyönlü mediada Rusiyanı və rus sülhməramlılarını tənqid edən və  daha tez-tez yayımlanan informasiya və yazılar diqqət çəkir. Fakt budur ki, Azərbaycandakı bütün müharibə dövründə danışılmamış bir qayda elan olundu – Rusiyanı tənqid etməmək, “söyməmək”…  Ancaq son günlər mediada mütəmadi olaraq tənqidi materialların ortaya çıxması rəsmi Bakının Kremlin hərəkətlərindən açıq şəkildə narazılığı kimi qiymətləndirilə bilər”- “Bakinskiy bulvar” belə yazır. Moderator.az

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …