Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Keçmiş səfir Bakı-Tehran münasibətlərindən danışdı

Keçmiş səfir Bakı-Tehran münasibətlərindən danışdı

Son illər, xüsusilə İranın hazırkı iqtidarı dövründə Bakı-Tehran münasibətlərində inkişaf müşahidə olunur.

Bunu İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin Trend-ə açıqlamasında deyib.

M.Pakayinin sözlərinə görə, İran Prezidenti Həsən Ruhaninin də Azərbaycana səfəri buna görə önəmli hesab olunur. Keçmiş səfir əlavə edib ki, səfər zamanı Azərbaycan və İran ticarət münasibətlərinin inkişaf etdirilməsi istiqamətində böyük addımlar ata bilərlər:

“Rəşt-Astara dəmiryolunun inşası, bank əməkdaşlıqlarının artırılması, əczaçılıq zavodunun tikilməsi, narkotik maddələrin qaçaqmalçılığı ilə mübarizənin genişləndirilməsi iki ölkə rəsmilərinin müzakirə predmeti ola biləcək əsas məsələlərdir”.

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü oktyabrın 25-26-da Bakıda keçiriləcək. İran Prezidenti Həsən Ruhani zirvə görüşündə iştirak etmək üçün bu gün Azərbaycana gəlib.

Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvə Görüşünə, ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılacaq.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …