Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / İranla nüvə danışıqları aprelin 21-də bərpa olunacaq

İranla nüvə danışıqları aprelin 21-də bərpa olunacaq

 

İran bildirir ki, nüvə proqramı üzrə yekun sazişlə bağlı altı ölkə ilə danışıqlar aprelin 21-də bərpa olunacaq.
İranın xarici işlər naziri Mohammad Javad Zarif aprelin 14-də Madriddə deyib ki, tərəflər daimi sazişin “mətnini hazırlamağa” başlayacaqlar.
Danışıqlar İran, Avropa Birliyi, Fransa, Britaniya, Almaniya, Çin, Rusiya və ABŞ təmsilçiləri arasında aparılır.
Zarif danışıqların yerini açıqlamayıb.
Tərəflər ilki razılaşmanı aprelin 2-də İsveçrənin Lozanna şəhərində əldə ediblər. Yekun saziş isə iyunun 30-dək razılaşdırılmalıdır.
Zarif deyib ki, “”sazişə yaxınıq”, ancaq əlavə edib ki, “Birləşmiş Ştatlar və Avropadakı dostlarımızdan bəziləri” sanksiyaların qaldırılması məsələsində mövqeyini dəyişməlidir.
Zarif-in sözlərinə görə, başqa ölkələrdə belə edərsə, İran nüvə proqramıyla bağlı “qarşısıalınmaz addımlar” atacaq (“Azadlıq” radiosu).

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın