Cümə axşamı , May 2 2024
Ana səhifə / Siyasət / İrəvan Azərbaycanla 5 sərhəd məntəqəsi açmaq istəyir

İrəvan Azərbaycanla 5 sərhəd məntəqəsi açmaq istəyir

Ermənistan “Dünyanın kəsişməsi” layihəsini videoçarxla təqdim edib.

Layihə Ermənistan, Türkiyə, Azərbaycan və İran arasında avtomobil, dəmir yollarının, boru kəmərlərinin, kabellərin və elektrik xətlərinin təmiri, tikintisi və istismarı vasitəsilə kommunikasiyaların inkişafının “erməni variantı”dır.

Baş nazir Paşinyanın israrla təbliğ etdiyi “Dünyanın kəsişməsi” adlı layihə Ermənistan-Azərbaycan sərhədində yol infrastrukturu üçün beş nəzarət-buraxılış məntəqəsi yaratmağı nəzərdə tutur.

Bu layihədə Ermənistan öz ərazisindən keçən dəmir və avromobil yollarını bərpa etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, “Dünyanın kəsişməsi” adı ilə Ermənistan hökumətinin təbliğ etdiyi bu layihə heç bir regional ölkə tərəfindən hələ ki ciddi qəbul edilməyib. (Axar.az)

Həmçinin oxuyun

“Azərbaycanla delimitasiya prosesini sürətləndirmək lazımdır” – Paşinyan

“Dörd kəndin yaxınlığındakı delimitasiya olunmamış sərhəd münaqişəyə səbəb ola bilər”.Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan …