Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / İlqar Məmmədov və 43 realist seçkilərə qatılır

İlqar Məmmədov və 43 realist seçkilərə qatılır

REAL partiyasının parlament seçkiləri üçün namizədləri müəyyənləşib.

Bu barədə ReAL-ın mətbuat xidməti xəbər verir. ReAL müxalifət hərəkatının lideri İlqar Məmmədov bildirib ki, rəhbərlik etdiyi hərəkat qarşıdan gələn parlament seçkilərində 43 dairədə namizəd olaraq iştirak etmələri barədə qərar verib.

Onun sözlərinə görə, namizədlərin müəyyənləşdirilməsinə baxmayaraq, bu siyahıya dəyişiklik və əlavələrin edilməsi mümkündür: “Namizədlərimizdən irəli sürdüyümüz 21 seçki dairəsi Bakıda, digər 22-si isə Azərbaycanın bölgələrindədir”.

İlqar Məmmədov yaxın günlərdə namizədlərin adlarının açıqlanacağını da əlavə edib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …