Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / İlham Əliyev Rusiyanın “Rossiya1” telekanalına açıqlama verib

İlham Əliyev Rusiyanın “Rossiya1” telekanalına açıqlama verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Soçi şəhərində olarkən Rusiyanın “Rossiya1” telekanalına açıqlama verib. 

Açıqlamasında Soçidəki görüşləri müsbət dəyərləndirdiyini bildirən Prezident deyib:

“Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsində mühüm rol oynayır. Görüşlərin nəticəsində qəbul olunmuş müştərək bəyanat da məhz bundan xəbər verir. Nəqliyyat yollarının açılması, delimitasiya ilə bağlı komissiyaların hazırlıq işləri – bunlar hamısı Azərbaycanın dəfələrlə irəli sürdüyü və Rusiyanın dəstəklədiyi mövzulardır. Bugünkü görüş də eynilə çox mühüm məna kəsb edir”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …