Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Hacı İbrahimin satışa çıxarılan ofisi – Foto

Hacı İbrahimin satışa çıxarılan ofisi – Foto

İş adamı Hacı İbrahim Nehrəmlinin satışa çıxardığı “Avesta” konserninin yerləşdiyi çoxmərtəbəli binada hazırda kimsə yoxdur.

Konsernin sözügedən binasına baş çəkən Axar.az əməkdaşı orada heç kimin olmadığının öyrənib. Bu haqda əməkdaşımıza binaya girmək üçün izn olmadığını bildirən mühafizəçi məlumat verib.

Onu da bildirək ki, “Avesta” konserninin yanında yerləşən “Khazar İselands”ın satış mərkəzinin qərarlaşdığı binaya vurulmuş üzlüklərin də söküntüsünə başlanılıb.

Xatırladaq ki, iş adamı Hacı İbrahim Nehrəmlinin sahibi olduğu “Avesta” holdinqin binasını satışa çıxardığı bildirilmişdi. İş adamı binaya 45 milyon manat qiymət qoysa da, sonradan 23 milyona  razılaşacağı da qeyd olunmuşdu.

 

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın