Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Gürcüstanın keçmiş səfiri: “Qarabağ münaqişəsinin həlli region üçün yeni imkanlar açacaq”

Gürcüstanın keçmiş səfiri: “Qarabağ münaqişəsinin həlli region üçün yeni imkanlar açacaq”

“26 fevral tarixinin Azərbaycan üçün nə qədər ağrı-acılı gün olduğunu bilirəm”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Azərbaycanda 1997-2007-ci illərdə səfiri olan Zurab Qumberidze Tbilisidə Xocalı faciəsinə həsr olunan anım mərasimində çıxışında deyib.

O, Xocalı faciəsinin qurbanlarının xatirəsini ehtiramla yad etdiyini qeyd edib: “Şadam ki, münaqişənin həllinə nail olundu. Azərbaycanı ərazi bütövlüyünü bərpa etməsi münasibətilə tədrik edirəm”.

Z.Qumberidzenin sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev bölgədə sülhə nail olunması üçün böyük səylər göstərir: “Azərbaycan-Ermənistan münaqişəsinin həlli region üçün yeni imkanlar açacaq”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …