Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Gürcüstan XİN Azərbaycanla sərhəd məsələsi üzrə danışıqlar barədə

Gürcüstan XİN Azərbaycanla sərhəd məsələsi üzrə danışıqlar barədə

“Gürcüstan tərəfi Azərbaycanla sərhəd məsələsi ilə bağlı danışıqların strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun davam etdirməyə hazırdır”.

Bunu Gürcüstan Xarici İşlər Nazirliyinin rəsmisi Vladimer Konstantinidi jurnalistlərə bildirib.

O deyib ki, Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın 23-24 may tarixində Bakıda keçiriləcək ilk rəsmi iclası detalların çoxluğu və məsələlərin əhəmiyyətini nəzərə alaraq dinamik keçəcək.

XİN nümayəndəsi komissiyanın iclasından sonra müzakirə olunan məsələlər barədə konkret məlumat təqdim olunacağını qeyd edib. (Report)

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …