Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / General müşavirədə 5 rəisi işdən çıxardı – Foto

General müşavirədə 5 rəisi işdən çıxardı – Foto

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müşavirə keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, xidmət rəisi, general-leytenant Arzu Rəhimov müşavirədə aprel çağırışının yekunlarına, Xidmət tərəfindən görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş hesabat məruzəsi ilə çıxış edib. 

Müşavirədə kadr dəyişiklikləri həyata keçirilib. Xidmətin Bakı şəhəri Sabunçu və Suraxanı rayon idarələrinin, Cəlilabad, Ağcabədi və Gəncə şəhərinin Nizami rayon şöbələrinin rəisləri tutduqları vəzifələrdən azad edilərək sərəncama götürülüblər.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …