Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / “Qazel” qəzasında biri azyaşlı olmaqla 3 nəfər öldü – Foto

“Qazel” qəzasında biri azyaşlı olmaqla 3 nəfər öldü – Foto

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə rayonun Qaracəmirli-Stansiya avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan “Qazel” markalı sərnişin mikroavtobusu ilə “VAZ 2107” avtomobilinin toqquşması nəticəsində biri azyaşlı olmaqla üç nəfər ölüb. 10-a yaxın şəxs yaralanıb. Yaralılar xəstəxanaya aparılıb. 

Faktla bağlı araşdırma aparılır.

***

Ölən şəxslərin kimliyi məlum olub. Belə ki, “07”nin sürücüsü, 1966-cı il təvəllüdlü Gülməmmədov Vidadi Zirəddin oğlu, onun anası 1945-ci il təvəllüdlü Sücayət Gülməmmədova və sürücünün qardaşı oğlu 3 yaşlı Ayxan Gülməmmədov qəza nəticəsində vəfat ediblər. 

***

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, qəza zamanı 3 nəfər dünyasını dəyişib, 7 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır, 6-nın vəziyyəti isə orta ağır qiymətləndirilir. Hazırda xəstələrə tibbi yardım göstərilir.E

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …