Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Gələn aydan narkotik bitkilər apteklərdə açıq satılacaq – ŞOK QƏRAR

Gələn aydan narkotik bitkilər apteklərdə açıq satılacaq – ŞOK QƏRAR

Uruqvay bu yazdan etibarən  narkotik bitkilərin apteklərdə  reseptsiz  satışına icazə verən ilk ölkə olacaq.
Moderator.az beynəlxalq xəbər agentliklərinə istinadən məlumat verir ki, iyun ayından qüvvəyə minəcək qanuna görə istənilən Uruqvay vətəndaşı və bu ölkədə yaşama izni olanlar istədikləri vaxt apteklərdən 5-10 qramlıq paketlərdə satılan narkotik bitkiləri – marixuana, çətənə və s. ala biləcəklər. Narkotik bitkilərin satış  qiyməti də artıq müəyyənləşib: bir qramı 1,30 dollar. Vətəndalığı olanlar üçün limit bir nəfərə həftəlik 10 qram müəyyən edilib.
Qeydiyyat artıq başlanıb.
Onu da bildirək ki, 2013-cü ildən Uruqvay vətəndaşlarına bu cür narkotik bitkiləri evlərində yetişdirmək icazəsi verilib.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın