Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Fuad Muradov Türkiyə parlamentinin sədri ilə görüşdü – Fotolar

Fuad Muradov Türkiyə parlamentinin sədri ilə görüşdü – Fotolar

Türkiyə Böyük Millət Məclisinin spikeri  İsmayıl Qəhrəman Türkiyədə rəsmi səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri  Fuad Muradovu qəbul edib. 

Komitənin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, TBMM sədri İsmayıl Qəhrəman Fuad Muradovla bir çox məsələlərlə bağlı fikir mübadiləsi aparıb.

İsmayıl Qəhrəman görüşdə Qarabağ məsələsinə  toxunub və bildirib ki, “Qarabağ bizim milli məsələmizdir. Nə yazıq ki, dünyanın gözü önündə böyük haqsızlıq yaşanmaqdadır. Dünya bu və buna bənzər haqsızlıqlara qarşı seyrçi qalmamalıdır”. Komitə sədri Fuad Muradov isə hər bir azərbaycanlının qəlbinin Türkiyə ilə çırpındığını bildirib. O, deyib ki, “inanıram ki, bu ürəklər  birləşib böyük işlər görəcək”.

F. Muradov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən işlərin iki ölkənin gələcəyi üçün edildiyini qeyd edib. Komitə sədri əlavə edib ki, “insanlarımız arasında böyük körpülər var. Bu körpülər ulu öndər Heydər Əliyev tərəfindən qurulub. Bunlar sülh və dostluq körpüləridir”.

Fuad Muradovun səfəri Türkiyə mediasında  geniş işıqlandırılıb.


Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …