Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Fransa XİN-i cavab verdi: “Dağlıq Qarabağ Respublikasını” tanımırıq

Fransa XİN-i cavab verdi: “Dağlıq Qarabağ Respublikasını” tanımırıq

Fransa “Dağlıq Qarabağ Respublikası”nı tanımır. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Fransa Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

“Fransanın mövqeyi aydındır və birmənalıdır: Fransa “Dağlıq Qarabağ Respublikası”nı tanımır. Yerli hakimiyyət orqanları tərəfindən imzalanmış sazişlərin yerinə yetirilməsi məsuliyyəti Fransa hökumətinin üzərinə düşmür və bu sazişlər heç bir hüquqi dəyərə malik deyil” – deyə XİN-in yaydığı məlumatda bildirilir.

XİN-in cavabında qeyd olunur ki, Fransa Minsk Qrupunun həmsədri kimi Ermənistan və Azərbaycan arasında vasitəçilik səylərini qərəzsiz şəkildə aparacaq.

Qeyd edək ki, Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri bu yaxınlarda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib.

Azərbaycan tərəfi qanunsuz səfərlə bağlı Fransaya nota verib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …